"Forbes"in açıqlamasına görə, dünyanın ən faydalı və sağlam mətbəxi-yapon mətbəxidir. Yaponiya həmçinin uzun ömürlü insanların vətəni kimidə seçilir. Yapon mətbəxində istifadə olunan ərzaqların böyük əksəriyyətini kələmin bütün növləri və balıq məhsulları tutur.
Yaponlar eləcə də qarabaşaq unundan olan ərişdən bəyənirlər, hansı ki, mikroelementlərin mənbəyi hesab olunur. Və ən vacib nüans: Yaponlar heç vaxt tam doyana kimi yemirlər, buna görədə onlar həmişə fiziki cəhətdən formada olurlar.
Çin mətbəxi isə bu kateqoriyada yer tutur. Orta uzunömürlülük bu ölkədə 73 yaşdı və sadəcə, əhalinin 1,8%-i artıq çəkidən əziyyət çəkir. İqlimlə əlaqədar bu ölkədə çox tərəvəz və meyvə yoxdur. Lakin qidalanmanın əsasını balıq yeməkləri, keyfiyyətli süd məhsulları, qara çörək təşkil edir.
Yaxşı mətbəx kimi Aralıq dəniz ölkələrinidə-İspaniya və İtaliya mətbəxini hesab edirlər. Bu ölkələrin mətbəxlərinin əsasını zeytun yağında hazırlanmış qidalar və dəniz məhsulları təşkil edir.
Bu siyahıya fransız mətbəxi də daxildir. Artıq çəkili insanların sayı 6,6 %-i təşkil edir, həmçinin bu ölkədə uzun ömürlülüyə görə yaş hədiddə yüksəkdir. Baxmayaraq ki, ət, yüksə kalorili pendir, yağlı çörəklər, şokolad fransızların ən sevdiyi məhsullardır. Sadəcə yerli sakinlər kiçik portsiyalarla yeyirlər və onlar qidalanmada qızardılmış məhsullardan çox az istifadə edirlər.
