|
Dəniz Yılmaz dönüşünü qolla qeyd etdi

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor”  növbəti yoxlama matçına çıxıb.
Türkiyə klubu İtaliya təmsilçisi “Südtirol”la qarşılaşıb.
Görüş “Bursaspor”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan millimizin hücumçusu komandasının 2-ci qolunun müəllifi olub. O, fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, ötən mövsüm komandadan kənarlaşdırılan Dəniz Yılmaz ötən həftə yeni baş məşqçi Pol Le Quen tərəfindən bağışlanaraq heyətə qaytarılıb

Cia.az