|
Bredli Kuper İrina və qızı ilə maraqlanmır

Hollivud ulduzu Bredli Kuper model İrina Şeyklə daha az-az görüntülənməyə başlayıb. 
Cütlük övladı dünyaya gəldikdən sonra tez-tez ayrı əylənərkən kameralara tuş gəlirlər.
Paparatsilər bu günlərdə İrinanı körpəsi ilə birgə Beverli Hillsdə lentə alıblar. Alış-veriş edən modelin yanında uşağın dayəsi də olub. Bununla da İrianın dəfələrlə tək gəzintiyə çıxması cütlüyün sevənləri arasında səs-küy doğurub. Hər zaman birlikdə görüntülənən sevgililərin uşaq dünyaya gəldikdən sonra az-az vaxt keçirməsi Bredli Kuperin qızı ilə maraqlanmadığı haqda söz-söhbətin yaranmasına səbəb olub.

 

 

Cia.az