|
Statistika Komitəsi iradlara cavab verdi:

Dövlət Statistika Komitəsi qurum tərəfindən açıqlanan rəqəmlərin reallıqla uzlaşmadığı iddialarına cavab verib.

Qurumun mətbuat katibi Elməddin Quliyev cia.az-a deyib ki, bu, Komitənin səlahiyyəti ona təqdim edilən rəqəmlərin yayılmasından ibarətdir:

“Biz təqdim olunan rəqəmlərdən kənara çıxa bilmərik. Biz özümüzdən rəqəm yazmırıq. Nazirliklər, ayrı-ayrı qurumlar hansı rəqəmləri bizə təqdim edirsə, onu da açıqlayırıq”.

Cia.az