|
Sabiq polis rəsinin həbsdə olan arvadı yenə hakim qarşısında

Sabiq polis rəisinin həyat yoldaşı Leyla Əkbərova aldığı 9 illik cəzadan narazı qalıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum üdilən L.Əkbərova apellyasiya çikayəti verib.

Musavat.com xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Məhkəmə iclası iyulun 26-na təyin edilib.

Bildirək ki, L.Əkbərova bir neçə nəfərdən işə düzəltmək, təqaüdə çıxarmaq vədləri verərək pul alıb.

Onlar zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar.

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verib. Bundan əlavə, A.Məmmədova digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxarmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində L.Əkbərovanın əri Mahir Əkbərovun da əlinin olduğunu deyirlər. M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisidir.

Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, vaxtı ilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş.

O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Cia.az