|
İtaliya millisinin üzvü "Yuventus"da - rəsmi

“Yuventus” heyətinə yeni oyunçu cəlb edib.
Turin klubu “Fiorentina”nın hücumçusu Federiko Bernardeskinin transfer edib.  23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 
Bernardeskinin transferi üçün “Yuventus”un qarşı tərəfə 40 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, ötən mövsüm “Fiorentina”da 42 matça çıxan İtaliya millisinin üzvü  14 qol vurub, 5 məhsuldar ötürmə edib

Cia.az