|
Xaçmazda azyaşlı piyadanı maşın vurdu

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib.

8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub.  Faktla bağlı araşdırma aparılır.

Cia.az