"Yılanların Öcü" ("İlanların qisası") serialından sonra ekranlardan uzaqlaşan aktrisa Ceyda Atəş geri dönür.
Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktrisa fevraldan etibarən yeni serialda olacağını bildirib:
"Həmişə təkliflər gəlir. Çalışıram dəyərləndirim. "Yılanların öcü"ndən sonra bir ay fasilə verdim, indi yeni layihədəyəm".
Qeyd edək ki, 8 yaşında "Çiçək Taksi" serialıyla karyerasına başlayan aktrisa 20 il ərzində 30 serialda rol alıb. Eyni zamanda model və aparıcılıqda da məşğul olan Ceyda "Gülçü baba", "Çılğın dərsanə", "Qulyabani" və başqa filmlərdə də rol aıb.
