|
İstirahət günləri yollarda 2 nəfər öldü, 25 nəfər yaralandı

Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, iyulun 22-də Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

İyulun 23-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Cia.az