|
Bərdədə dəhşətli QƏTL:

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə (“kvalt”) vurub.

Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Cia.az