|
Burak Yılmaz “Trabzonspor”a qayıda bilər

Türkiyə millisinin hücumçusu Burak Yılmaz yenidən “Trabzonspor”da oynaya bilər.

Cia.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, Qara dəniz təmsilçisinin futbolçunun çıxış etdiyi Çinin “Beijing Guoan” klubuna etdiyi 4 milyonluq təzminat təklifi qəbul olunub. 32 yaşlı futbolçunun transfer məsələsində gələn həftə yekun qərar veriləcəyi bildirilib.

Xatırladaq ki, Burak Yılmaz 2009-2012-ci illərdə də “Trabzonspor”da çıxış edib.
Əlavə edək ki, Burak bu mövsüm Çin superliqasında meydana çıxdığı 11 oyunda 8 qol vurub

Cia.az