|
“Qəbələ” təmsilçisindən gümüş medal

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşangi Kokauri növbəti uğurunu qazanıb. 
İdmançımız Belarusun paytaxtı Minskdə təşkil olunan Avropanın açıq çempionatında qüvvəsini sınayıb. 
+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz rusiyalı Edqardt Smereka ve belaruslu Aleksandr Vaxavyak üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib. Finalın bir addımlığında litvalı Marius 
Paskeviçyusla üz-üzə gələn Kokauri rəqibini məğlub edib. 

Həlledici qarşılaşmada meydan sahibi Vladislav Tsarpitski ilə görüşən idmançımız məğlub olub və yarışı gümüş medalla başa vurub

Cia.az