32 yaşlı model Dautzen Krez "Love" jurnalı üçün çılpaq foto çəkdirdikdən sonra bir daha gündəmə gəlib.
Gözəllyindən danışan Dautzen "Əvvəcə duşa girirəm, sonra isə nəmləndirici krem çəkirəm, E vitamini ilə zəngin dodaq boyası çəkirəm. Minimum makiyaj edirəm. Həcmli buruqlara üstünlük verirəm. Saçlarıma maskalar edirəm, axşam 2 saat televizora baxdığım müddətdə saçımda saxlayıram", - deyə vurğulayıb.
Bədən quruluşunun sirrini açan Dautzen buna görə idmana borclu olduğunu deyib: "Hər zaman aktiv həyat tərzi sürürəm. Avtomobil yerinə velosipedə üstünlük verirəm. Qidalanmama da əhəmiyyət verirəm. Səhər yeməyini gözardı etmirəm və qidalanarkən çox yeməməyə çalışıram".











