|
Yaşayış binasında yanğın:

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Cia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıtda yanğın Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kvadrat metr olan 1 otaqlı mənzildə baş verib. Nəticədə 1 ədəd divan yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Cia.az