|
Samux sakini hündürlükdən yıxılaraq ölüb

Samux rayonunda bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sərkar kənd sakini, gənc yaşlarında olan Qəzənfər adlı şəxs ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, həmin şəxs tikintidə hündürlükdən yıxılaraq ölüb.