|
Rusiyada 18 nəfərin ölümünün baiskarı Ermənistana qaytarıldı

Rusiyada 9 il müddətinə azadlıqdan məhrum olunmuş erməni sürücü Qraçya Arutunyan Ermənistana ekstradisiya olunub.

O, cəzasının qalan hissəsini vətənində çəkəcək.

Xatırladaq ki, 2013-cü ilin iyulunda Qraçya Arutunyan idarə etdiyi yük maşınını Podolsk şəhərinə gedən sərnişin avtobusuna çırpmışdı. Qəzada 18 sərnişin həlak olmuş, 60-dan çox insan isə yaralanmışdı.

Cia.az