|
Kamran Ağayev Çexiya klubunda

Millimizin qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşib.

31 yaşlı qolkiper Çexiyanın "Mlada Boleslav" klubunda çıxış edəcək.

Bu barədə klubun idman direktoru Duşan Uqrin məlumat verib. O bildirib ki, K.Ağayevlə razılığa gəlibLƏR. Bu gün millimizin qapıçısının Çexiya klubuna keçidinin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, K.Ağayev son olaraq Portuqaliya "Boavişta"sında oynayıb

Cia.az