|
"Qəbələ" və "Zirə" ölkəmizin xalını artırdı - yeni reytinq

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb. Ölkəmiz buna xal hesabını artırmaq sayəsində nail olub. “Qəbələ” səfərdə Polşa “Yagelloniya”sına qalib gəlməklə Azərbaycanın hesabına 0.250 xal qazandırıb. Evdə Rumıniya “Astra”sı ilə qolsuz heç-heçə edən “Zirə”nin qazancı isə 0.125 olub. Lüksemburqda “Fola”ya uduzan (1:4) “İnter” isə reytinqə fayda verməyib.
Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17.000-a yüksəlib

Cia.az