|
Azərbaycandakı əmək pensiyaçılarının sayı açıqlanıb

2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda  əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir. Bu da ölkə əhalisin 13,5 faizini təşkil edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Cia.az-aməlumat verilib.

Bildirilib ki, onlardan 59,5 faizi kişilər, 40,5 faizi  qadınlardır. Cari ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb.

Məlumatda həmçinin qeyd olunub ki, 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə əmək pensiyası alır.

Cia.az