|
Qarabağda doğulan ermənilərin sayı kəskin azalıb

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma rejimin statistika xidməti 2017-ci ilin ilk 6 ayında doğulan körpələrlə bağlı məlumat verib.

Yanvar-iyun aylarında Qarabağda 1083 körpə doğulub. Onların 870-i Xankəndində, 96 nəfəri isə Ağdərədə anadan olub. Doğulanlardan 565-nin oğlan, 518-nin isə qız olduğu da məlumatlar arasındadır.

Qeyd eTmək lazımdır ki, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı azalmaqda davam edir. Belə ki, 2016-cı ilin analoji dövründə işğal altındakı torpaqlarda 1201 körpə doğulmuşdu.

Cia.az