|
"Astana"dan "Qarabağ"a təbrik

Qazaxıstanın "Astana" klubu rəsmi sayt vasitəsi ilə “Qarabağ”ımızı Çempionlar Liqasının III mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

Qol.az-ın xəbərinə görə, “Qarabağ” rəsmi "Facebook" səhifəsi vasitəsi ilə “Astana”ya təşəkkürünü bildirib. "Qarabağ" da  Qazaxıstan təmsilçisinə Çempionlar Liqasında III mərhələyə vəsiqə qazanması münasibəti ilə təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.