|
67 yaşlı müğənni üçüncü dəfə evləndi

Məşhur müğənni Stiv Uander üçüncü dəfə ailə qurub.
67 yaşlı sənətçi model Tomika Robin Breysi ilə evlənib. Onların münasibəti 7 ildir davam etsə də, S.Uanderin Karen Millarda evli olması rəsmi nikaha mane olurdu.
Mediadan gizli keçirilən toyun möhtəşəmliyi ilə seçildiyi deyilir.

Cütlüyün bu münasibətdən iki övladı var. Uander isə ümumlikdə 9 dəfə ata olub

Cia.az