|
Qadın sürücü maşını aşırdı - ölən var

Goranboyda qadın sürücü qəza törədib.

Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.

Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Cia.az