|
Elmar Məmmədyarov Macarıstana gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 24-25-də Macarıstana səfər edəcək.

Cia.az-ın məlumatına görə, bunu Macarıstanın Bakıdakı səfiri İmre Laslotski deyib.

Səfir qeyd edib ki, nazirin səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfərinə hazırlıq da müzakirə olunacaq.

Cia.az