|
Dənizdə batan 36 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxarıblar. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Cia.az