Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu günü bir məşq əsnasında başa vurub.
“Sumqayıt” Samir Abasovun rəhbərliyi altında axşam məşqini keçirib.
Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb.
Qeyd edək ki, "Sumqayıt" sabah 2 məşqə çıxacaq
