"Bu gün dünyada hər doğulan 1000 uşağın 8-12-də anadangəlmə ürək qüsuru görülür".
Bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.
O qeyd edib ki, donor bağışlamaq istəyini insanlarda formalaşdırmaq lazımdır.
"Bu da beyin ölümü baş verən insanlardan götürülə bilər. Azərbaycanda isə ürək köçürülməsi məsələsi əsas problemdən biridir. Dünyada 2009-cu ilin məlumatlarına görə 88 mindən çox insanda ürək transplatasiyası həyata keçirilib. Bu ortalama 3500 insan keçir".
Cərrah bildirib ki, ürək şişlərinin 80 faizi xoşxassəli olur ki, onların da müalicəsi fəsadsız olur.
"Bakıda ürək şişləri ilə bağlı 25-30 əməliyyatlar icra olunub ki, onların vəziyyəti yaxşıdır”.
Cia.az
