|
Əfqanıstanda 17 nəfər daşqınların qurbanı olub

Əfqanıstanın Kabil əyalətində güclü yağışlar səbəbindən daşqınlar baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 17 nəfər həlak olub, bir çox insana maddi zərər dəyib.

Məlumata əsasən, daşqınlar 10-dan artıq evi dağıdıb.

Cia.az