|
“Qarabağ” bu gün Çempionlar Liqasında cavab oyununa çıxır

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” səfərdə oynayacaq.
Ağdam təmsilçisi Gürcüstanda yerli “Samtredia” ilə qarşılaşacaq. Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 cavabsız qolla məğlub edən Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinin bir addımlığındadır.

Cia.az