|
Çimərliyə getdi, öldü

Bakıda çimərlikdə ölüm hadisəsi baş verib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, Türkan qəsəbəsindəki çimərlikdə 1978-ci il təvəllüdlü Arif Dadaşovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası yetişincə o keçinib.

İlkin məlumata görə, A.Dadaşov ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.