|
İstirahət günləri yol qəzalarında bir nəfər ölüb, 24 nəfər xəsarət alıb

Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Musavat.com DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 15-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 
İyulun 16-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.