Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"-un qərb bürosu xəbər verir ki, Dönük Qırıqlı Kənd sakini olan 1990-cı il təvəllüdlü Musayev Nihad Əhməd oğlu qoyunları yoldan keçirərkən onu maşın vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Musayev Nihad Əhməd oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
