|
Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gedib.

Cia.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşılayıb.