|
Səfir: Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair dialoqu təşkil etməyə daim hazırdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.

Diplomat bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə dair Fransanın mövqeyi qətidir.