|
Cənubi Afrikada milli parkdan qaçan 3 şir güllələnib

Cənubi Afrika Respublikasında milli parkdan qaçan və ev heyvanlarına hücum edən 3 şir güllələnib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nu haqda News24 yerli xəbər portalı
məlumat verib.
Ötən həftə Krüqer Milli parkından 3 şirin qaçdığı barədə məlumat verilibdir. Bir neçə gün öncə yerli fermerin sürüsünə hücum ediblər. Fermer şirlərdən birini öldürüb, digərini yaralayıb. Təqib zamanı ovçular yaralı heyvanı və üçüncü şiri öldürüblər.

Cia.az