Ukraynada Ali Radaya giriş-çıxış bloklanıb.
Axar.az xəbər verir ki, deputatların toxunulmazlığı barədə qanunun ləğvini tələb edən nümayişçilər parlament binasını dövrəyə alıblar. Hətta nümayişçilər parlament binasının yeraltı keçidini də bağlayaraq Ali Radaya giriş-çıxışa əngəl yaradıblar.
Hadisə yerinə xüsusi təhlükəsizlik qüvvələri yeridilib. Parlament binası qarşısında gərginlik yaşanıb.
