|
Pensiya alanlara şad xəbər

"Dünəndən pensiyaların vətəndaşların kartlarına yüklənməsinə başlanılıb". 

Axşam.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə əsasən, pensiyaların verilməsində heç bir problem yoxdur:

"Pensiyalar vətəndaşlara vaxtlı vaxtında təqdim olunacaq. Artıq dünəndən Bakıdan başlayaraq əmək pensiyaları vətəndaşların hesabına yüklənir. Yaxın günlərdə bütün ölkə ərazisində müavinətlərin ödənilməsi başa çatacaq".