|
İspaniyada öküz qaçışlarında 6 nəfər xəsarət alıb

İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalı çərçivəsində ənənəvi öküz qaçışları zamanı 6 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, onlardan iki nəfəri öküzlərin zərbələri nəticəsində xəsarət alıb. 4 nəfər isə yıxılaraq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu öküz qaçışları ümumilikdə 2 dəqiqə 40 saniyə davam edib.

Cia.az