|
Həmyerlimiz “O səs Türkiyə”ni tərk etdi

"O səs Türkiyə"nin "Çarpaz duel" mərhələsinin növbəti günündə azərbaycanlı iştirakçı Səmra Rəhimli də çıxış edib.

ANS PRESS-in məlumatına görə, həmyerlimiz Səmra Rəhimli Sərtab Erenerin repertuarından məşhur "Everyway that I can" mahnısını ifa edib

Auditoriya səsverməsində Hadisənin komandasında olan Zeo Cavidlə mübarizə aparan Gökhanın komandasındakı Səmra az səs faizi ilə uduzaraq müsabiqəni tərk edib.

Xatırladaq ki, "Çarpaz duel" mərhələsinin ötən buraxılışında xanım iştirakçılardan Aygün İsmayılova da səsvermədə uduzaraq müsabiqəni tərk etmişdi. Hazırda azərbaycanlılardan Elnur Hüseynov və Məltəm Abbasova “O səs Türkiyə”də mübarizəsini davam etdirir.