|
"İnter" minimal hesablı qələbə qazandı

Bu gün Avropa Liqasının II təsnifat mərhələsində komandamız ilk görüşünü keçirib. Cia.az xəbər verir ki, Bakının "İnter" klubu “Dalğa Arena”da Lyuksemburqun “Fola” komandasını qəbul edib. Oyun "İnter"in 1:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Oyunda ilk və yeganə qolu 89-cu dəqiqədə M.Seyidov vurub.

Qeyd edək ki, "İnter" ilk təsnifat mərhələsindəki hər iki oyunu qələbə ilə başa vurub.

Cia.az