Avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək.
Cia.az
