“YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi davam edir.
Layihə çərçivəsində mədəniyyət ocağında növbəti qonaq tanınmış fotoqraf və pedaqoq Sənan Ələsgərov olacaq. İyulun 12-də keçiriləcək görüşdə fotoqrafiya sənətinə aid suallar cavablandırılacaq, maraq doğuran məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, S.Əsgərov fotoqrafiyanın elmi, tətbiqi, jurnalistika kimi müxtəlif sahələrində çalışmaqla yanaşı, aerofotoçəkiliş və laboratoriyada aerokosmik materialların hazırlanması ilə məşğul olur. O, yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir.
Fotoqraf 12 ölkədə keçirilən 50-dən çox beynəlxalq sərgidə iştirak edib. Onun Gürcüstan, Fransa, Böyük Britaniya və Qazaxıstanda fərdi sərgiləri keçirilib
Cia.az
