“Oyundan əvvəl bütün komandaların şansı olur. Biz də həmin şansdan danışırdıq. İndi də növbəti mərhələyə adlamaq şansımız var. Buna çalışacağıq”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Gia Tsetsadze Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Qarabağ”a məğlub olduqları (0:5) görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
- Birinci penalti epizodundan hakimin səhv etdiyini düşünmürsünüz?
- Biz hakimə görə uduzmadıq. Heç kimi günahlandırmaq niyyətində deyilik. Səhvlərimiz var və oyunu analiz edib, səhvlərimizi ortaya çıxaracağıq.
- Sözlərinizdən bəlli olur ki, “Qarabağ”ın bu heyətlə meydana çıxacağını düşünməmisiniz...
- Əvvəlcədən “Qarabağ”ın belə oynayacağını bilirdik. Burada təəccüblü heç nə yoxdur.
- Ötən il “Qəbələ” komandanızın qapısından 5 qol keçirmişdi. Bakını “Samtredia” üçün uğursuz şəhər hesab etmirsiniz?
- Xeyr. Sadəcə, Azərbaycanda klub futbolu daha çox inkişaf edib
cia.az
