|
XİN-dən nazirlərin görüşü haqda rəsmi AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə açıqlama verib.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu haqda cia.az-a bildirib:

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq”.

cia.az