|
Kanadada meşə yanğınları səsəbindən 14 min insan təxliyə edilib

Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları səbəbindən 14 mindən artıq insan təxliyə edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğının yayılmasına səbəb küləyin istiqamətini dəyişməsi olub. Yanğınların yayılması kritik səviyyəyə çatıb.

Məlumata əsasən, hazırda əyalətdə 231 yanğın qeydə alınıb.