Venesuelada etiraz aksiyaları nəticəsində nəticəsində 9 milli qvardiyaçı yaralanıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Venesuelanın rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib.
Məlumata əsasən, deputat Anxel Alvares Hil etiraz aksiyaları zamanı 16 yaşlı yeniyetmənin həlak olduğunu bildirib.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir. Son məlumatlara əsasən, etiraz aksiyaları zamanı ölənlərin sayı 93 nəfərə çatıb.
