Britaniyada keçirilmiş rəy sorğusu iştirakçılarının 35 faizi İsrailə “xüsusi ikrahla” yanaşdıqlarını bildiriblər. Halbuki 2012-ci ildə bu rəqəm 17 faiz idi.
İctimai rəyi öyrənən “YouGov” təşkilatı ilə “Chatham House” araşdırma mərkəzinin birgə layihəsi olan bu rəy sorğusu 2 000 britaniyalını əhatə edib.
Təhlilçilər bunu İsrailin Fələstində ötən il apardığı hərbi əməliyyatlarla əlaqələndirirlər.
Ötən il həmçinin Britaniya parlamenti Fələstin dövlətinin tanınması barədə hökumətə təklif verilməsi barədə qətnaməni demək olar, yekdilliklə qəbul edib.
Əvəzində Britaniyada İrana 2012-ci ildə “ikrah” bəsləyənlər respondentlərin 45 faizini təşkil edirdilərsə, son rəy sorğusunda bu rəqəm 33 faiz olub.
Bu isə İranda prezident Əhmədnejadın daha mülayim baxışlı Ruhani ilə əvəzlənməsilə izah olunur.
Britaniyada ən çox sevilməyən ölkə isə 47 faizlə Şimali Koreya olub. İki il əvvəl bu rəqəm 40 faiz idi.
Ümumiyyətlə, ölkələrin təcavüzkar davranışları onlara bəslənilən rəğbətin azalması ilə müşaiyət olunub.
Məsələn 2012-ci ildə Rusiyaya ikrah bəsləyənlərin faizi 30 idisə, ötən il Krımın ilhaqından sonra bu rəqəm 56 faizə sıçrayıb.//Azadliq
