|
İrandan yeni nəsil qırıcılar

Yaxın gələcəkdə “Saiqə” qırıcı təyyarəsinin 2-ci nəsil buraxılışları istifadəyə veriləcək.

ANS PRESS-in məlumatına görə, İRİB xəbər verir ki, bu sözləri İran Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Təşkilatının müdiri Mənuçöhr Məntiqi yerli tədbirlərin birində çıxışı zamanı deyib.

Modern qırıcı təyyarə olan “Saiqə”nin 2-ci nəsil buraxılışının şənbə günü təqdimat mərasimi olacaq.

“Saiqə-2” adı verilən yeni nəsil qırıcı öncəki buraxılışla müqayisədə ən azı 3 dəfə daha artıq yeniliklərə malikdir.

Məntiqi həmçinin, gələn ildən orta hesabla hər ay bir yeni nailiyyətin təqdim olunacağını deyib.