Amerika Birləşmiş Ştatlarının Venesuela diplomatlarına və onların ailələrinə tətbiq etdiyi viza məhdudiyyətləri "iyrənc və təhqiramizdir".
ANS PRESS xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakasda "Venesuela Vahid Sosialist Partiyası"nın görüşündə deyib. Maduro Venesuelanın siyasətinə heç bir aidiyyatı olmayan təklifləri qəbul etməyəcəyini bəyan edib.
Venesuelanın bəzi hazırkı və keçmiş diplomatları və onların ailələri insan haqlarının pozulması əsas gətirilərək, Birləşmiş Ştatlar ərazisinə daxil olmasına qadağa qoyulub.
Nikolas Maduro həmçinin ABŞ prezidenti Barak Obamaya məktub yazmağa hazırlaşdığını və onu Venesuelanın suverenliyini pozmaqda ittiham edəcəyini deyib. İki ölkə arasında 2010-cu ildən bəri səfir mübadiləsi olmayıb.
