|
Bakıda 22 yaşlı qız həyəcanla polisə zəng etdi

Bakıda 22 yaşlı qız Daxili İşlər Nazirliyinin 102 – “Qaynar xətt” nömrəsinə zəng edərək yalan məlumat verib.

Lent.az-ın məlumatına görə, Hövsan qəsəbəsi, Şabanov küçəsindəki binada yaşayan 1995-ci il təvəllüdlü bir qız polisə zəng edərək bildirib ki, kimsə onların yaşadığı evə partlayıcı yerləşdirib.

Bundan bir neçə dəqiqə sonra, yəni hüquq-mühafizə orqanlarının əməkdaşları deyilən ünvana hələ gəlib çatmamış qızın anası da 102-yə zəng edib. O, qızının ruhi xəstə olduğunu deyib və onun hərəkətinə görə üzrxahlıq edib.

Araşdırma aparılır.

Cia.az